Ermənistan toqquşma səhnəsinə çevrilir – Hovhannisyandan şok proqnoz

Baxılıb:166
Ermənistan toqquşma səhnəsinə çevrilir – Hovhannisyandan şok proqnoz

“Ermənistan böyük dövlətlərin açıq toqquşma səhnəsinə çevrilib”.

Bu barədə Ermənistanda “Alternativ Layihələr Qrupu”nun həmtəsisçisi Vahe Hovhannisyan deyib.

V. Hovhannisyan qeyd edib ki, Nikol Paşinyan regional korridanı 2+1 formatına dəyişir: “Azərbaycan, Türkiyə və Rusiyadan sonra İran da gəlir. Əgər bundan öncə Ermənistanda güc mərkəzləri arasında mübarizə az-çox suveren ölkəyə hörmət və oyun qaydaları ilə gedirdisə, bundan sonra belə olmayacaq. Biz münaqişənin istənilən təzahürünü görəcəyik və bu, son dərəcə təhlükəli yeni oyun qaydasının müəllifi Ermənistandır”.

Onun sözlərinə görə, Ermənistan suriyalaşma yolunda irəliləyir.


Abunəlik