Ermənistan təxribatın səbəbi bu imiş

Baxılıb:405
Ermənistan təxribatın səbəbi bu imiş

Ermənistan müharibə etmək gücündə deyil. 44 günlük müharibə Ermənistanın hərbi gücü və hətta havadarları ilə bağlı yaranmış mifi elə döyüş əməliyyatlarının ilk həftəsində yerlə yeksan etdi. İndiki təxribatlar da, sərhədpozma da müharibə və ya revanşa yox, Ermənistanın daxilindəki siyasi qarşıdurmalardan yayınmağa hesablanıb.

Kəlbəcər istiqamətindən dövlət sərhədimizin pozulması, hərbçimizin snayperlə vurularaq şəhid olması da bunun tərkib hissəsidir. Lakin təxribatlar cavabsız qalmır. Qalib Azərbaycan ordusu düşməni necə lazımdırsa, elə də cəzalandırır. Düşmən susdurulur, özü də bir neçə dəfə artıq…

Ermənistanın daxilində siyasi xaos hakimdir. Paşinyan seçkdə qalib gəlsə də, proseslərin hakimi-mütləqi deyil. “Revanşistlər” marıqdadır. Paşinyanın səhv etməsini gözləyirlər. Bu səhv nə qədər tez olacaqsa, onlar da bir o qədər tez revanş götürəcəklər. Təbii ki, bu revanşın bizə heç bir isti-soyuğu yoxdur.

Ona görə ki, istər Paşinyan, istər digər qüvvələr, yəni “revanşistlər” olsun, fərq etməz, heç birinin Azərbaycana, onun şərtlərinə və zəfərinə hər hansı təsiri olmayacaq. Çünki müharibə bitib, Azərbaycan ərazi bütövlüyünü bərpa edib, status yoxdur, ATƏT-in Minsk qrupu “ölüb”. Ərazimizin bir hissəsində qalan ermənilər isə sülh prosesi möhkəmləndikdən sonra ya bizim qanunlarla yaşamalı, ya da ölkəni sakit formada tərk edib getməli olacaqlar. Reallıq budur.

Dövlət sərhədimiz boyu törədilən təxribatlar Ermənistan hakimiyyətinin diktəsiylə həyata keçirilir. Paşinyanın məqsədi erməniləri qorxu altında saxlamaq, hakimiyyət rıçaqlarını möhkəmlətməkdir. Paşinyan Azərbaycanın mövqeyini yaxşı bilir, 10 noyabr Bəyanatından irəli gələn tələbləri xoşla olmasa da, zorla yerinə yetirməyə məcbur ediləcəyini anlayır.

Prezident İlham Əliyev bunu dəfələrlə yerli və xarici mediaya müsahibələrində, bütün çıxışlarında birmənalı olaraq bəyan edir. Bu isə o deməkdir ki, Paşinyanın və Ermənistanın 10 noyabr razılaşmasından irəli gələn şərtlərə boyun əyməkdən başqa yolu yoxdur. Ona görə Paşinyan müxtəlif təxribatlarla prosesi uzatmaq və daxildə öz vəziyyətni sabitləşdirmək istəyir.

İndi Ermənistanın qarşısında duran əsas məsələlərdən biri Azərbaycanla sülh müqaviləsi imzalamaqdır. Prezident İlham Əliyev bununla bağlı bildirib ki, biz Ermənistanla sülh müqaviləsini imzalamağa hazırıq. Ancaq Ermənistan tərəfindən buna reaksiya yoxdur:

“Rəsmi reaksiya yoxdur. Qeyri-rəsmi kanallarla bizə çatan məlumat budur ki, Ermənistan buna hazır deyil.


Abunəlik