Ermənistan şokda: Yaxın 10 ildə əhali 800 min azalacaq, 25 ildən sonra isə…

Baxılıb:55
Ermənistan şokda: Yaxın 10 ildə əhali 800 min azalacaq, 25 ildən sonra isə…

Yaxın 10 ildə Ermənistanın əhalisi 800 min nəfər azalaraq 2,2 milyon nəfərə düşə bilər.

Bu barədə “Sputnik Ermənistan”a Ermənistan Hesablama Palatasının sədri Nairi Sarkisyan məlumat verib.

“Əgər bu temp davam edərsə, yaxın 25 ildə ölkədə erməni qalmayacaq”, – Sarkisyan bildirib.

Onun sözlərinə görə, əsas səbəblər arasında doğum səviyyəsinin aşağı olması, mühacirət və Dağlıq Qarabağdakı müharibənin nəticələri göstərilir. O cümlədən, ötən il 48 min vətəndaş Ermənistanı tərk edib və geri qayıtmayıb. Ukraynada müharibə başladıqdan sonra Rusiyaya gedən vətəndaşların sayı azalıb, lakin ABŞ-dan “yaşıl kart” almaq üçün böyük növbə var. Hesablama Palatasının rəhbəri ilin sonuna kimi vətənini tərk edənlərin sayının 2023-cü ilin göstəricisindən çox ola biləcəyini istisna etmir.

Ermənistanda orta doğum əmsalı da dəyişikliklərə məruz qalıb. Rəsmi olaraq, 1,6 – 1,7 aralığında qalır (təbii çoxalma həddi 2,1 ilə). Lakin Qarabağ müharibəsindən sonra statistikaya dəyişiklik edilməyib.

“Biz güman edirik ki, göstərici azalıb və 1,4-1,5 arasında dəyişir”.

Sarkisyan qeyd edib ki, müəyyən xarici demoqrafik proseslər də əlavə ciddi çağırışdır, xüsusən, söhbət 300 min azərbaycanlının Ermənistan ərazisinə köçürülməsi proqramından gedir.

İşsizliklə bağlı da vəziyyət durğundur. Ölkədə 1 milyon 150 min insan nəinki sərvət yaratmır, hətta özlərinin də sosial qayğıya ehtiyacı var. Onlardan 204 mini işsizdir, 960 mini iş prosesində iştirak etmir (pensiyaçılar, uşaqlar, əlillər).

Torpaq və su ehtiyatlarına gəlincə, Sarkisyan vurğulayıb ki, Ermənistanda kənd təsərrüfatına yararlı torpaqların 60%-dən çoxu hələ də əkilməmiş və istifadəsiz olaraq qalır. Eyni zamanda, su ehtiyatlarının 70%-i idarə olunmur.

Sarkisyan vurğulayıb ki, bütün bunlar birlikdə ölkədə fəlakətli vəziyyətə gətirib çıxarıb.

İlkin siyahıyaalma məlumatlarına görə, Ermənistanın daimi əhalisi 2 milyon 928 min 914 nəfər, yerli əhalinin sayı isə 2 milyon 638 min 917 nəfərdir.


Abunəlik