Ermənistan Qarabağla bağlı bu addımı atmağa hazırlaşır – DETALLAR

Baxılıb:61
Ermənistan Qarabağla bağlı bu addımı atmağa hazırlaşır – DETALLAR

Ermənistan parlamentində Qarabağla bağlı yeni qalmaqal yaranıb.

“Ermənistan” fraksiyasının üzvü Artsvik Minasyan spiker Alen Simonyandan “Ermənistan-Qarabağ parlamentlərarası komissiyasının iclasını çağırmaq niyyətində olub-olmadıqlarını” soruşub.

Simonyan cavabında bildirib ki, “Ermənistan-Dağlıq Qarabağ parlamentlərarası komissiyasının buraxılması zəruridir, çünki “qarşı tərəf” artıq mövcud deyil”.

“Qarabağ rəsmiləri artıq yoxdur. “Dağlıq Qarabağın prezidenti” termini mövcud deyil. Buna görə “parlamentlərarası komissiya” formatının ləğvini ciddi şəkildə müzakirə etmək lazımdır. 2021-ci ildə bu formatda bir iclas keçirilib, bir müddət sonra ikinci iclasın keçirilməsi planlaşdırılırdı, lakin “Qarabağ parlamentinin o vaxtkı sədri” səhhətində yaranan problemlərə görə iclasın ləğv edilməsini xahiş etdi. Bu məsələnin indi niyə müzakirə edildiyini başa düşmürəm. “Dağlıq Qarabağ” öz liderinin fərmanı ilə ləğv edilib”, – erməni spiker bildirib.

Minasyan isə onunla razılaşmayıb. İddia edib ki, heç kim belə bir qərar verə bilməz. Bundan sonra tərəflər arasında mübahisə yaranıb.

Simonyan bildirib ki, “Qarabağ hakimiyyəti” hər şeyi təhvil verdi və helikopterə minib Ermənistana qaçdılar.

“İndi də gəlib burada “Qarabağ nümayəndəliyinə” toplaşıblar, öz günahlarını təmizləməyə çalışırlar. Onlar bunu təmizləyə bilməyəcək. Biz “Qarabağ nümayəndəliyinin” də ləğvini nəzərdən keçirməliyik. Hesab edirəm ki, “nümayəndəliyin” yerləşdiyi bina artıq belə şeylər üçün istifadə edilməməlidir”, – o deyib.


Abunəlik