Ermənistan prezidentindən sensasion açıqlama- 30 min erməni ölüb

Baxılıb:1221
Ermənistan prezidentindən  sensasion açıqlama- 30 min  erməni ölüb

Azərbaycan uzun illər bu günə hazırlaşdı, Ermənistan dövləti isə tədricən dağıldı.
Sosial-iqtisadi böhran, siyasi qarşıdurma, məğlubiyyətin yaratdığı mənəvi-psixoloji gərginlik.
Ermənistanın  prezidenti Armen Sarkisyanın etirafları da 30 ilə yaxın işğalçılıq siyasəti aparan Ermənistanın düşdüyü vəziyyəti, bunun fonunda Azərbaycanın illər ərzində hədəfinə doğru – torpaqların azad edilməsi istiqamətində əzmkarlıqla irəlilməsi və buna nail olmasını çılpaqlığı ilə göstərir.

İndiyə qədər məğlubedilməz ordudan, siyasi gücdən bəhs edən Ermənistan rəhbərliyi birbaşa prezident səviyyəsində hər şeyi etiraf edir.

Azərbaycan uzun illər bu günə hazırlaşdı, Ermənistan dövləti isə tədricən dağıldı.

Armen Sarkisyanın etiraflarının ana xəttini bu təşkil edir və o istəməsə belə Azərbaycanın gücünü dilə gətirməyə məcbur olur.

“Minlərlə gəncin ölümü həm cəmiyyət, həm onların ailələri üçün faciədir”, – Ermənistan prezidenti deyir.

44 günlük müharibədə Ermənistanın canlı qüvvəsinin yarıdan çoxu sıradan çıxdı. Rəsmi İrəvan itkilərin miqyasını azaltmağa çalışsa da, müstəqil mənbələr dəhşətli rəqəmləri açıqlayırlar.

“Sputnik armenia” yazırdı ki, müharibədə Ermənistan ordusunun 8,472 hərbçisi məhv edilib, 13 mini yaralanıb, 500-dən çoxu əsir düşüb, 3 min hərbçidən isə xəbər yoxdur.

“Ekspert.ru” saytı isə “Ermənistan Qarabağa yığdığı 80 min əsgərin 30-40 faizini (20-30 min) itirdi” deyə yazırdı.

“Politik.am” yazır ki, itkin düşdüyü hesab olunan 1400 hərbçinin əksəriyyəti məhv edilib, şəxsiyyəti müəyyənləşdirilməyən 700-dən çox hərbçi isə müxtəlif morqlarda saxlanılır.

Müharibə bir aydan çoxdur başa çatsa da, hakimiyyət itkilərlə bağlı hər gün yeni siyahı açıqlayır və bu, itkilərin sayının çoxluğu ilə bağlı təsiri azaltmaq məqsədi daşıyır.

Son üç ayda Ermənistanda ən çox bahalığın çiçək, gül çələngi, mixək (yasda yandırırlar), yas salonları və tabutlarda qeydə alınıb. Hətta tabut qıtlığı yaşanır. 10 minlərlə cəsədə taxta çatdırmaq asan iş deyil. Ermənilər sonuncu dəfə Spitak zəlzələsində (1988-ci il) bu qədər cəsədlə qarşılaşmışdı.

Onminlərlə itki onminlərlə ailənin etirazı və bütün cəmiyyətin mənəvi-psixoloji çöküşü deməkdir. Ermənistan hazırda faciə içindədir və bunun yeganə səbəbi bu ölkəni bu illər ərzində apardığı işğalçılıq siyasətidir. Azərbaycan işğala son qoydu, bunun nəticəsi Ermənistan üçün olduqca ağır oldu.

Azərbaycan son 26 il ərzində güclü ordu yaratdı və Ermənistanın “məğlubedilməz ordu” mifini cəmi 44 günə məhv etdi.

Armen Sarkisyan etiraf edir: “26 il bundan əvvəl bizim güclü ordumuz var idi. Bu dövr ərzində Azərbaycan bu istiqamətdə böyük güc sərf etmiş, müasir texnologiyalar tətbiq etmiş, Ermənistan isə arzusunu reallıq kimi qəbul etmişdir. Ermənistan deyir güclü ordusu var, amma reallıqda isə bu, yoxdur”.

Müharibədə hər şeyi ortaya çıxdı və bəlli oldu ki, ermənilər bu müddət ərzində yalnız özlərini inandıra biliblər. Azərbaycan Ordusu 44 gün ərzində öz gücünü düşmən üzərində göstərdi və bu gün, illərdir Azərbaycan dövlətinin məqsədyönlü siyasətinin nəticəsidir.

Qarabağdakı separatçı-terrorçulardan Samvel Babayan etiraf edir ki, “müharibənin ilk günündə Azərbaycan cəmi 15 dəqiqəyə ermənilərin Qarabağdakı artilleriyasının 40, hava hücumundan müdafiə sistemlərinin 50 faizini məhv edib”.

Görünür, Ermənistanın “məğlubedilmə ordu” mifini dağıtmağa cəmi 15 dəqiqə kifayət edib.

“Azərbaycanlılar həm də informasiya və media müstəvisində müharibəyə hazırlaşdılar. Ermənistan bu müharibəni itirdi, ona görə ki, bununla məşğul olmadı. Azərbaycan Ermənistana qarşı informasiya hücumları edir, Ermənistanda isə qüvvələr bir-birini ittiham edir”, – Ermənistan prezidenti etiraflarına davam edir.

I Qarabağ müharibəsində dünyanın da ədalətsiz yanaşması bizə çox şey öyrətdi. Ən önəmlisi isə Azərbaycan dövləti, bu dövlətin lideri mövcud situasiyadan ağıllı nəticə çıxardı və ordunu cəbhədə döyüşə hazırlayarkən, ölkəni informasiya cəbhəsində mübarizəyə hazırladı.

İllər ərzində həyata keçirilən ağıllı strategiyanın nəticəsini 44 günlük müharibədə gördük. Azərbaycan Ermənistanı hərbi cəbhədə olduğu kimi informasiya cəbhəsində də darmadağın etdi. Prezident İlham Əliyevin dünyanın nüfuzlu informasiya resurslarına verdiyi müsahibələr beynəlxalq ictimaiyyətin münaqişəyə dair məlumatlandırılması və Azərbaycanın ədalətli mövqeyinin qəbul edilməsində böyük nəticəsi oldu.

Azərbaycan bütün cəbhələrdə – hərbi, informasiya və diplomatiya – Ermənistanı məğlub etdi.

“Ermənistan diz üstə çöküb” – deyə Armen Sarkisyan etiraf edir.

Ermənistan prezidentinin etiraflarının ardına nəzər yetirdikdə də işğalçılıq siyasətinin və Azərbaycanın öz torpaqlarını azad etmək üçün prinsipail mövqeyinin, nəhayət Vətən müharibəsində qazandığımız böyük zəfərin bu ölkəni hansı vəziyyətə saldığını görmək olur.

AzTimes.az


Abunəlik