Ermənistan Milli Təhlükəsizlik Xidməti təsdiqlədi: Azərbaycan əsgəri saxlanılıb

Baxılıb:120
Ermənistan Milli Təhlükəsizlik Xidməti təsdiqlədi: Azərbaycan əsgəri saxlanılıb

Ermənistan Milli Təhlükəsizlik Xidməti Azərbaycan hərbçilərinin sərhədi keçməsi xəbərini təsdiqləyib.

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin yaydığı məlumatda deyilir:

“Fevralın 28-də saat 05:15 radələrində Sünik rayonunun Teğ icmasının sərhəd bölməsində AKM markalı avtomatla silahlanmış Azərbaycan Silahlı Qüvvələrinin əsgəri təmas xəttini keçib.

O, Müdafiə Nazirliyinin hərbi qulluqçuları tərəfindən saxlanılıb. Hadisə ilə bağlı Ermənistanın İstintaq Komitəsi Ermənistan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açıb. İstintaq davam edir.


Abunəlik