Ermənistan dağılacaq, “Laçın dəhlizi” axtaracaqlar… – İrəvanda dəhşətli ssenari
“Ermənistan o qədər sürətlə dağılacaq ki, biz özümüz üçün “Laçın dəhlizi” axtaracağıq”.
Bu barədə erməni ekspert Vahe Hovhannisyan deyib.
Onun sözlərinə görə, bunun real nümunəsi var: “Ötən il bununla qarşılaşdıq, “artsax” (qondarma rejim) o qədər sürətlə dağıldı ki, Ermənistanda hətta savadlı, siyasi cəhətdən yetkin dairələr belə bu çöküşün bir neçə gün ərzində baş verəcəyini təsəvvür etməzdi. Ermənistan da bu yolla gedir, dövlətçiliyimiz o qədər sürətlə dağılacaq ki, qaça bilmək, çıxa bilmək üçün “Laçın dəhlizi” axtaracağıq”.
Erməni ekspert iddia edir ki, Azərbaycan-Ermənistan sərhədinin Tavuş istiqamətində başlanan delimitasiya dövlətin dağılma prosesinin başlanğıcıdır.
Vahe Hovhannisyan iddia edib ki, Azərbaycan və Türkiyə artıq Ermənistanı idarə etməyə, yönləndirməyə başlayıb.
“Onlar Ermənistanın təkcə xarici siyasətinə qarışmırlar. Bir azdan teatrlarda göstərilən tamaşa, efirdə yayımlanan verilişlər, filmər də onların diktəsi ilə müəyyənləşdiriləcək. Türkiyə Ermənistanın artıq “böyük qardaşı” rolunu oynayır, hər şey Ərdoğanın diktəsi ilə baş verir”, – erməni ekspert iddiasını dvam etdirib.