Ermənistan bundan boyun qaçırır

Baxılıb:28
Ermənistan bundan boyun qaçırır

Ermənistan itkin şəxslərin taleyinə aydınlıq gətirilməsi məsələlərində Azərbaycanla əməkdaşlıqdan və kütləvi məzar yerləri barədə məlumatları təqdim etməkdən müxtəlif bəhanələrlə boyun qaçırır.

Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən təşkil olunan itkin düşmüş şəxslərin axtarışı üzrə qiymətləndirmə hesabatında qeyd olunub.

Bildirilib ki, Ermənistan münaqişə dövründə beynəlxalq hüquq normalarını pozub:

“Mülki şəxslər girov götürülüb, onlara və hərbi əsirlərə qarşı qeyri-insani rəftar edilib, işgəncə verilib, məhkəmə hökmü olmadan azadlıqdan məhrum edilib və edam olunub”.

Eyni zamanda vurğulanıb ki, insanlar kütləvi şəkildə, dəfn adətlərinə riayət olunmadan basdırılıb, habelə məzar yerləri gizlədilib və qəsdən məhv edilib:

“Bu kimi ağır cinayətlərin törədildiyi nəzarə alınmaqla bundan sonra da bu cür məzarlıqların sayının artması gözlənilir”.


Abunəlik