Ermənistan Azərbaycanla kommunikasiyaları açır? – Paşinyan işarə verdi

Baxılıb:114
Ermənistan Azərbaycanla kommunikasiyaları açır? – Paşinyan işarə verdi

Ermənistanın baş naziri Nikol Paşinyan sülh müqaviləsi imzalanmamışdan əvvəl Azərbaycanla kommunikasiyaların açılmasını, eləcə də sərhədin delimitasiyasını tamamilə mümkün sayır.

Paşinyan bu barədə jurnalistlərlə söhbətində deyib.

“Praktik addımlarla real sülh yaratmaq, sonra isə yalnız saziş imzalamaq mümkündür, lakin istənilən halda sülh müqaviləsi imzalanmalıdır”, – deyə baş nazir bildirib.

“Tərəflərin həll etməyə çalışdığı problem çox mürəkkəbdir və təkcə dərslik yanaşmaları ilə proses irəli gedə bilməz”, – Paşinyan əlavə edib.

Ötən həftə Ermənistan Xarici İşlər Nazirliyi bəyan edib ki, Yerevan bir ay ərzində Bakı ilə sülh sazişini yekunlaşdırmağa və imzalamağa hazırdır.


Abunəlik