Ermənilərin törətdiyi terror aktı nəticəsində Şuşada həlak olan mülki şəxs dəfn edilib – YENİLƏNİB + FOTO
Ermənistan silahlı qüvvələrinin törətdiyi terror aktı nəticəsində həlak olan Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin mənzil-kommunal və təmir xidməti mühəndisi Vidadi Fərhadov dəfn edilib.
Mərhumun nəşi Abşeron rayonunun Mehdiabad qəsəbəsində şuşalıların dəfn olunduğu məzarlıqda torpağa tapşırılıb.
Dəfn mərasimində mərhumun ailə üzvləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.