Ermənilər Tovuzda yenə təxribata əl atdılar-VİDEO
Ermənistan silahlı qüvvələri növbəti dəfə Ermənistan-Azərbaycan dövlət Sərhədinin Tovuz rayonu istiqamətində təxribata əl atıb.
APA TV-nin yerli bürosunun məlumatına görə, düşmən yenə də Tovuzun Ağdam kəndində dinc sakinləri və yaşayış məntəqələrini atəşə tutub. İriçaplı silahlardan atılan mərmilər bir neçə evə ziyan vurub.
Kənd sakini Minayə Qasımovanın evi davamlı atəşə tutulduğundan daha çox ziyan məhz bu evə dəyib.
Ordumuzun adekvat cavab tədbirləri nəticəsində düşmənin atəş nöqtələri susdurulub. Ümumilikdə cəbhəboyu ərazilərdə əməliyyat şəraiti ordumuzun nəzarəti altındadır.
ƏRAZİDƏN VİDEONU TƏQDİM EDİRİK:
https://bax.tv/video/110439.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=110439