Ermənilər təşvişdə: Paşinyan Qərblə gizli razılaşıb, Azərbaycanın bu tələbini yerinə yetirəcək

Baxılıb:66
Ermənilər təşvişdə: Paşinyan Qərblə gizli razılaşıb, Azərbaycanın bu tələbini yerinə yetirəcək

Aprelin 5-də Brüsseldə keçirilən Paşinyan-Blinken-Von der Leyen görüşündə ABŞ-ın Ermənistanda enerji diversifikasiyasını təmin edəcəyi və modul tipli atom elektrik stansiyası tikəcəyi ilə bağlı hələ dərc olunmamış razılaşma olub. 

Bu barədə “Hraparak” nəşri yazıb.

Nəşr bu mövzunun uzun müddətdir müzakirə olunduğuna diqqət çəkib. Qeyd edilib ki, lakin Ermənistan hökuməti hələ də belə bir tələbin onların qarşısında qoyulduğunu etiraf etmir:

“Atom elektrik stansiyası Cənubi Qafqazda Rusiya şirkəti tərəfindən idarə olunan yeganə AES-dir. Brüssel sənədində biabırçı ifadələr var: “ABŞ və Aİ Metsamor AES-in fəaliyyətini dayandırmaq üçün nüvə enerjisi proqramı məsələsində Ermənistanı dəstəkləyəcək, bundan sonra yeni AES-in tikintisi üçün maliyyə ayrılacaq”. Yəni ilk növbədə atom elektrik stansiyası bağlanmalıdır, yenisinin tikilib-tikilməyəcəyinə heç bir zəmanət yoxdur. Qərb mülki həyatda demək olar ki, tətbiqi olmayan modul tipli atom elektrik stansiyası tikməyə çağırır. Hərbi bazalar üçün belə atom elektrik stansiyaları tikilir.

Son illər Azərbaycan və Türkiyə mütəmadi olaraq AES-in bağlanmasını tələb edirlər. Əslində, Qərbin himayədarlığı ilə Paşinyan onların növbəti tələbini yerinə yetirəcək”.

Nəşr iddia edir ki, atom elektrik stansiyası hazırda Ermənistan əhalisinin istifadə etdiyi elektrik enerjisinin 40%-ni təmin edir. Həmçinin AES Rusiya uranı hesabına işləyir.


Abunəlik