Ermənilər saydığını saysın, gör iqtisadi göstəricilər nə deyir: Moskva DETALLARI AÇDI

Baxılıb:34
Ermənilər saydığını saysın, gör iqtisadi göstəricilər nə deyir: Moskva DETALLARI AÇDI

Ermənistanın Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxacağı təqdirdə Ermənistandan ixrac 80% azalacaq və hətta ortamüddətli perspektivdə itkiləri alternativ istiqamətlərlə əvəz etmək mümkün olmayacaq.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, Ermənistan tərəfinin rəsmi statistikasına əsasən, 2015-ci ildən başlayaraq Ermənistandan ixrac əsasən Rusiya istiqaməti hesabına 10 dəfə artıb. Təkcə Rusiya ilə ticarət dövriyyəsi ötən il 12 milyard dollara yaxınlaşıb.

Zaxarovanın qeyd etdiyi kimi, rəsmi İrəvanın öz xarici siyasət vektorunu müstəqil müəyyən etmək hüququ var – bu, suveren dövlətin hüququdur, lakin o, həddindən artıq siyasiləşdirmədən belə qərarların praktiki tərəfini nəzərdən keçirməyə çağırıb.

“Ermənistan mallarını nə Avropada, nə də ABŞ-da heç kim gözləmir. Nə problem var? Niyə götürmürlər?”, – Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi deyib.

Zaxarova həmçinin xatırladıb ki, 2024-cü ildə Ermənistanın Aİ və ABŞ ilə ticarəti əhəmiyyətli dərəcədə azalıb və Rusiya ilə ticarət dövriyyəsindən təxminən 6 dəfə az olaraq qalır.


Abunəlik