Ermənilər saatlar sonra Bakıda həbsdə olan separatçılarla bağlı bunu edəcək – PLAN

Baxılıb:23
Ermənilər saatlar sonra Bakıda həbsdə olan separatçılarla bağlı bunu edəcək – PLAN

Bu gün ermənilər Bakıda həbsdə olan separatçıların – Ruben Vardanyan, Araik Arutyunyan, Bako Saakyan, Arkadi Qukasyan və digərlərinin azad edilməsi tələbi ilə BMT-nin İrəvandakı ofisinin, keçmiş həmsədr ölkələrin səfirliklərinin və Ermənistan Xarici İşlər Nazirliyinin önündə aksiya keçirəcəklər.

Saat 14:00-da planlaşdırılan aksiyada ermənilər separatçıların azad edilməsi üçün BMT və keçmiş həmsədr ölkələrdən – Fransa, ABŞ və Rusiyadan Azərbaycana təzyiq etməyi, o cümlədən, Ermənistan Xarici İşlər Nazirliyinin bu məsələni diqqətdə saxlamağı tələb edəcək.

Bu kimi aksiyalar və buna bənzər addımlar, o cümlədən, heç bir xarici təzyiq rəsmi Bakının iradəsinə təsir etmək gücündə deyil. Lakin ermənilərin indi belə bir aksiya keçirməsi təsadüfi deyil. Məqsəd COP29 tədbirinə görə Azərbaycana yönələn beynəlxalq diqqəti separatçıların üzərinə çəkməkdir.


Abunəlik