Ermənilər Qarabağa ölümə göndərilir: – Vəsiyyətnamə yazmaq üçün notariuslar 24 saat açıq olacaq
Ermənistan səfərbərlik və hərbi vəziyyət elan olunması ilə bağlı qərardan sonra bəzi qanunvericilik aktlarında dəyişiklik edilib. Belə ki, artıq ölkədə 24 saat ərzində notarial qaydada vəsiyyətnamə yazmaq mümkündür. Bu xidmətə könüllülərin daha çox ehtiyac duyacağı bildirilir.
Cebhe.info erməni mətbuatına istinadən bildirir ki, ölkədə 55 yaşa qədər olanların səfərbərliyi elan edilib.
Xatırladaq ki, Ermənistanın törətdiyi təxribatın qarşısını almaq üçün Azərbaycan Silahı Qüvvələri dünəndən etibarən əks-həmlə əməliyyatına başlayıb. Bir neçə kəndimiz və yüksəkliklər işğaldan azad edilib. Erməni tərəfinin itkisi 500-dən çoxdur.