Ermənilər Naxçıvan ərazisində hərəkətə keçdilər,ordumuz…
Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin mövqelərinin guya Naxçıvan istiqamətindən atəşə tutulması barədə Ermənistan mətbuatının yaydığı xəbərə münasibət bildirib.
AzTimes.az xəbər verir ki, bu barədə Amews.az-a Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan mətbuatının yaydığı bu xəbər yalandır və həqiqəti tam əks etdirmir: “Əksinə, Ermənistan silahlı qüvvələri bölmələri tərəfindən mövqelərimizin atəşə tutulmasına cavab olaraq Naxçıvanda yerləşən Əlahiddə Ümumqoşun Ordunun bölmələridüşmənə qarşı adekvat tədbirlər görüb”.