Ermənilər çətin püşkə niyə sevinir
Mahir Emrelinin çıxış etdiyi “Legiya”nın baş məşqçisi Çeslav Mixneviç Avropa Liqasının qrup mərhələsinin püşkünü dəyərləndirib.
AzTimes.az xəbər verir ki, İtaliya “Napoli”si, İngiltərə “Lester”i və Rusiya “Spartak”ı (Moskva) ilə eyni qrupa düşən Varşava təmsilçisi çətin püşkə rəğmən, sevincini büruzə verib:
“Bizim üçün fantastik püşk oldu – fanat və idman baxımından. Möhtəşəm komandalarla oynayacağıq. Avropada oynamaq və orada özümüzü ən yaxşı tərəfdən göstərmək istəyirik. Ən çox sevdiyim məşqçi – “Lester”dən Brendan Rocersə qarşı oynayacağıq. Moskvanın “Spartak” klubu ilə də oynayacağıq və məlumdur ki, “Legiya”nın bu rəqiblə bağlı görüşləri son illərdə müsbət idi. Mart ayında “Napoli” – “Barselona” oyununda iştirak etmək şansım oldu. O vaxt oturmuşdum və bir gün burada məşqçi kimi oynamaq arzusunda idim. İndi bu xəyal gerçəkləşəcək!”
“Legiya”nın baş məşqçisi klubdan milli komandalara dəvət olunan futbolçularla bağlı da danışıb: “Unutmamalıyıq ki, bazar günü milli komandanın toplanışından əvvəl çox vacib matçımız olacaq. Komandamızdan 12 oyunçu milli komandaların təlim-məşq toplanışlarına gedəcək və praktiki olaraq, on gün ərzində normal məşq edə bilməyəcəyik. Ancaq oyunçularımın yüksək qiymətləndirilməsi xoşdur və onlar milli formada şans qazanacaqlar”.