Erməni xisləti: Kilsə, siyasət, terror …
Zaman-zaman suallar yaranır. Nədən dünyəvi xristian dininin daşıyıcısı olsalar da ermənilərin həm provaslavlar, hm katoliklər özlərindən ayrı, uzaq tutub. Tarixən və üumiləşdirilmiş məlumatlardan bəlli idi ki, onlar millət və kilsə olaraq hər zaman açıq siyasətlə məğşul olublar və terrora dəstək veriblər. Bu günlərdə məhz bu barədə bir neçə faktı diqqətinizə təqdim etməyin, yaddaşları təzələməyin mqamıdır. Çünki ermənilərin dini lideri ikinci Qaragen döyüşə gedib, qan tökmək, azərbaycanlıları qətlə yetirmək barədə tapşırıq verir. Və artıq faktdır ki, erməni hərbi komissarlıqları, keşişləri rəsi şəkildə hərbi xidmətə ağırırlar. Buna etiraz edənlər barəsində cinayət işi qaldırılır və ya onlar dini vəzifədən uzaqlaşdırılırlar. Dönək tarixə…
…Uzun müddət erməni dövlətçiliyinin olmaması, ermənilərin kilsə ətrafında sıx birləşməsinə səbəb olub. Bunun nəticəsində kilsə tək dini məsələlərlə qənaətlənməyib, həm də siyasi məsələlərlə məşğul olub. Kilsə xadimləri siyasi təbliğat aparıb. Onlar əhalidən müxtəlif siyasi və hərbi güclərə dəstək vermələrini istəyib, bu məqsədlə varı erməilərdən və dost bildikləri hər kəsdə ianə də toplayıblar. Həmçinin erməni kilsəsi aparıcı erməni partiyaları və təşkilatlarının yaradılmasın prosesində ciddi iştirak edib. Sonradan həmin partiyalarla sıx əlaqəni saxlayıblar. Partiyalar demək olar bütün fəaliyyətlərini kilsə ilə razılaşdırıb. Kilsə xadimlərinin səyi nəticəsində ələxsüs XIX əsrdə və XX əsrin əvvəllərində müxtəlif ölkələrdə bir çox erməni məktəbləri təşkil olunub.
…Erməni Qriqoriyan Kilsəsi, tarixi boyunca, mövcudiyyətini qoruya bilmək üçün bir dövlətə ehtiyac duyub. Başqa sözlə, “erməni dövləti” fikirini ortaya atan məhz erməni kilsəsi və erməni ruhanilər olub. Türkiyənin Van və Ərzurumda vilayətlərində Rusiyanın baş konsulu olan general Mayevski bu haqda deyirdi:
“Erməni dini liderlərinin dini fəaliyyəti yoxa bərabərdir. Onlar ibadətdənsə, özləri ilə bağlı fikirlərin yayılması sahəsində daha böyük işlər görməklə məğşuldurlar”.
Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra, Qriqoryan kilsəsinin SSRİ sərhədlərindən kənarda fəaliyyəti qismən zəifləyib.Ona görə kilsə xaricdə diaspora təşkilatlarının və siyasi partiyaların əlinə keçir. Əvvəl siyasilər üzərində kilsə rəhbərliyi var idisə, sonradan kilsə üzərində siyasilərin hakimiyyəti bərqərar oldu. Kilsə idarəçiliyində xüsusən Daşnaksütun və Qnçaq erməni partiyaları, həmçinin Amerika Erməniləri Milli Komitəsinin rolu böyük olur. Beləliklə, erməni terrorçuları və siyasiləri ilə Qriqoryan kilsəsinin sıx əməkdaşlığı ikişaf etməyə başlayır. Onlar, kilsə, siyasətçilər və terrorçular bu günə qədər birgə fəaliyyət göstərdiklərindən dolayı, xristian dininin terror və siyasətdən uzaq iki qanadı provaslavlar və katoloiklər qroqoryanları heç zaman yaxına buraxmayıb və bütün qərarlarında onları kənarda saxlanılıb. Bu mənada erməni terror təşkilatları və kilsəsi hətta sovetlər dönəmində SSRİ-də, hətta Rusiya ərazisində belə qorxunc terror hadisələri törədirlər. SSRİ “KQB”sindəki yüksək rütbəi ermənilər isə bu terror olaylarını ustalıqla ört-basdır edir. Hətta bəzi terrorçuları Ermənistan SSR ərazisində gizlətməkdən belə çəkinmirlər.
Bu üzdən erməni kilsəsində törədilən cinayətlərə kimsə etiraz edə bilmir. Etiraz edən az sayda adamları isə ya kilsədən kənarlaşdırılır, ya da arxiyepiskop Qevond Turyan kimi qətlə yetirilirdilər.
Eyni tarix bu gün də təkrarların. Dağlıq Qarabağa gəlməkdən imtina edən kilsə xadimləri ya həbs edilir, ya da kilsədən uzaqlaşdırılır. Ehtimal etmək olar ki, onlar sırasında müxtəlif yollarla həytından məhrum edilənlər də var. Yeri gəlmişkən, Dağlıq Qarabağa gəlməyən erməni din xadimlərinin məcbur edildiyi barədə bu günlər Azərbaycan ordusunun əsgərlərinə əsir düşən gənc erməni din xadimi də aşkar danışırdı. Ermənistanın Gümrü şəhərinin Adventist kilsəsinin pastoru Hovsep Sahakyan dini inancı ilə əlaqədar etirazlarına baxmayaraq zorla silahlandırılaraq Azərbaycanın işğal altındakı ərazilərinə gətirildiyini və Qubadlı rayonunda döyüşlərə cəlb edildiyini bildirirdi. Hovsep Sahakyan deyirdi ki, o, cəbhəyə göndərilən nə ilk nə də son dini xadimdir. Hovsep Sahakyan əlavə edirdi ki onunla hərbi komissarlığa çağrılan digər din xadimləri də döyüşlərə qatılmaq istəməyiblər. Lakin onlar məcburi şəkildə silahlandırılaraq Sisian şəhərinə göndəriliblər.
Bir sözlə, hətta mənsub olduqları dini də terrora, siyasi təşviqata və qəddarlığa sürükləyən, qorxunc bir düşmənlə üz-üzədir Azərbaycan. Artıq dünya da bunun fərqindədir. Nəhəng bir dünyəvi dini, xristianlığı biabır etməklə məşğul olan erməni kiləsəsi və ikinci Qaragen haqda yəqin ki, öz din qardaşları, hansısa qərar verəcəklər. O zamana qədər yadımızda saxlanılması lazım olan ən vacib məsələ bu ki, xristian və islam dini terrora qarşıdır, siyasətə qarışmır və sadəcə ibadətə, imana çağırır, sülhə çağırır. Bir ermənilər və Qriqoryan kilsəsi bu çağırışları terror, siyasət və qətlə yöəltməklə məşğuldurlar.
Jalə Mütəllimova AzTimes.az