Erməni rəqibini məğlub edən güləşçimiz Avropa çempionu oldu
Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən güləş üzrə U-17 Avropa çempionatında Azərbaycan güləşçisi Rəvan Həsənzadəm möhtəşəm qələbə ilə yadda qalıb.
48 kq çəki dərəcəsində mübarizə aparan gənc idmançımız finalda Ermənistan təmsilçisi Artak Aqabekyanla qarşılaşıb.
Rəvan rəqibinə 4:0 hesabı ilə qalib gələrək Avropa çempionatının qızıl medalını qazanıb.