Erməni mətbuatı Ata Abdullayevdən yazdı- Biabırçılıq
AzTimes.az xəbər verir ki, Ermənistan baş naziri N.Paşinyanın çıxışı zamanı ” Xahiş edirik , Qarabağı qaytarın ” deyərək gündəm yaratmaq istəyən Ata Abdullayev bu gün erməni mətbuatında manşet olub.Armenpress yazır: “Onun Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə çəkilmiş və ya Bakıda hökumət əleyhinə nümayişlərin dağıdılmasında fəal iştirak etdiyi fotoları nəzərə alınmaqla müxtəlif versiyalar irəli sürüldü. Onun hüquq-mühafizə orqanlarının nümayəndəsi, bir polis məmuru və ya hətta milli təhlükəsizlik işçisi və bəlkə də təxribatçı olması barədə fərziyyələr var.”