Erməni general MSK-dan xəbərsiz Kəlbəcərdə təbliğat kampaniyasına başladı-FOTO
Azərbaycan respublikasının işğal altındakı torpaqlarında qondarılmış separatçı-terrorçu rejimin üzəniraq “qəhrəman”ı 1988-1991-ci illərdə keçmiş Əsgəran rayon mərkəzinin və ətraf kəndlərin separatçıların nəzarətinə keçməsində, işğalında böyük rol oynamış general-mayor Vitali Balasanyan “prezident”liyə namizəd kimi işğal altındakı Kəlbəcər rayonunda təbliğat kampaniyasına başlayıb.
Moderator.az xəbər verir ki, erməni nəşrlərinin yaydığı əlumata görə, V.Balasanyan Kəlbəcər rayon mərkəzində, “Nor Verinşen” adlandırılmış Çaykənd, “Nor Bracur” adlandırılmış Qılınclı, “Zuar” adlandırılmış Zar və s. kəndlərdə sülənən erməni “seçici”lərlə görüşüb.
İşğalçı general öz “seçki” platformasında Azərbaycan ordusu ilə təmas xəttində olan Kəlbəcər, Xocavənd, keçmiş Ağdərə rayonlarının, eləcə də dünyaya guya “Azərbaycanın işğalı altında olduğu” təbliğ edilən “Getaşen”- Çaykənd “alt rayonu” ərazilərinə xüsusi diqqət ayıracağını bəyan edib.P.S. Xatırladaq ki, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası işğal altındakı ərazilərimizdəki faktiki seçki proseslərinə nəzarət etmək imkanından məhrumdur…
AzTimes.az