Ərdoğan Suriyaya bu heyətlə gedəcək: Detallar açıqlandı

Baxılıb:33
Ərdoğan Suriyaya bu heyətlə gedəcək: Detallar açıqlandı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan böyük bir heyətlə Suriyaya səfər edəcək. 

Bu barədə “Hürriyet” qəzeti yazıb. Nəşr Türkiyə liderinin Dəməşqə səfərinin vaxtını dəqiqləşdirməyib.

“Suriyada keçid hökuməti tezliklə qurulacaq. Prezident Ərdoğan sərmayədən məsul nazirlərin də olduğu böyük bir heyətlə Dəməşqə səfər edəcək”, – qəzetin köşə yazarı Əbdülkadir Selvi yazıb.

Ərdoğan bazar ertəsi Nazirlər Kabinetinin iclasından sonra bildirib ki, Türkiyə Suriyanın yeni administrasiyası ilə sıx əlaqə saxlayır və ona hər cür dəstəyi verəcək. O qeyd edib ki, Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın və xarici işlər naziri Hakan Fidanın Dəməşqə səfərindən sonra Türkiyədən Suriyaya səfərlərin sayı artacaq.


Abunəlik