Ərdoğan Rusiyaya səsləndi: Krımı qaytarın!

Baxılıb:88
Ərdoğan Rusiyaya səsləndi: Krımı qaytarın!

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Krım Platformasına üzv dövlətlərin liderlərinin IV onlayn sammitinin açılış mərasiminə videomüraciət göndərib.

Ərdoğan deyib ki, Krımın qaytarılması zərurətdir.

“Türkiyənin ilk gündən tanımadığı Krımın ilhaqı Ukraynanın ərazi bütövlüyü və suverenliyinin pozulması ilə bağlı iztirabları daha da dərinləşdirib. Ankaranın dəstəyi dəyişməz olaraq qalır və Krımın Ukraynaya qaytarılması beynəlxalq hüquqa görə zərurətdir”, – Türkiyə prezidenti bildirib.

Ərdoğan həmçinin vurğulayıb ki, Krımın yerli xalqlarından biri olan Krım tatarlarının “hüquqlarının və rifahının qorunması” Türkiyənin xarici siyasətinin prioritet istiqamətlərindən biridir.

Türkiyə prezidenti ümidvar olduğunu bildirib ki, Rusiya-Ukrayna müharibəsi Ukraynanın ərazi bütövlüyünə əsaslanan “ədalətli və sabit sülh”lə başa çatacaq.

Nəzərinizə çatdıraq ki, Türkiyə prezidentinin bu platformada oxşar məzmunlu mesaj verməsi ilk dəfə deyil.


Abunəlik