Ərdoğan Putinə “yaxşı türk hədiyyəsi” göndərdi

Baxılıb:17
Ərdoğan Putinə “yaxşı türk hədiyyəsi” göndərdi

Ötən gün doğum gününü qeyd edən Rusiya lideri Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan hədiyyə alıb.

Bu barədə məlumatı Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuriy Uşakov açıqlayıb.

“Türkiyə prezidenti dünənki telefon danışığından əvvəl xüsusi olaraq hədiyyə göndərib”, – deyə Uşakov qeyd edib.

O, Ərdoğanın Putinə “yaxşı türk hədiyyəsi” göndərdiyini vurğulayıb.

Uşakov hədiyyənin dəyərinin dövlət qulluqçuları üçün icazə verilən 3000 rubldan bir qədər çox olduğunu bildirib.

Xatırladaq ki, oktyabrın 7-də R.T.Ərdoğan rusiyalı həmkarına zəng edərək onu 72 yaşının tamam olması münasibəti ilə təbrik edib.


Abunəlik