Ər-Riyadda kritik görüş başladı
Ər-Riyadda ABŞ və Ukrayna nümayəndə heyətləri arasında görüş başlayıb.
Bu barədə Ukraynanın müdafiə naziri Rustem Umerov özünün “Telegram” kanalında məlumat yayıb.
Onun sözlərinə görə, Səudiyyə Ərəbistanında respublikanın nümayəndələri prezident Volodimir Zelenskinin ləyaqətli sülhü yaxınlaşdırmaq və Ukraynanın təhlükəsizliyini təmin etmək tapşırığını yerinə yetirirlər .
“Masada xüsusilə enerji və infrastruktur obyektlərinin təhlükəsizliyi ilə bağlı təkliflər var. Bu gün biz bir sıra mürəkkəb texniki məsələlər üzərində işləyirik”, – nazir qeyd edib.
O əlavə edib ki, Ukrayna nümayəndə heyətinə energetika mütəxəssisləri və hərbi qulluqçular daxildir.