Enerji içkisinin fəsadları: Rusiyada məktəblinin üzü əyildi və bədəninin yarısı iflic oldu
Uralda (Rusiya) həkimlər iki banka enerji içkisi içdikdən sonra insultqabağı vəziyyətdə olan 12 yaşlı uşağı xilas ediblər.
Bu barədə “RIA Novosti” məlumat yayıb.
Qeyd olunub ki, uşaq bir neçə gecə yata bilməyib, sonra onda şiddətli başağrısı başlayıb, sifəti əyilib, bədəninin yarısı keyiyib. Ona insultqabağı vəziyyət diaqnozu qoyulub.
Həkimlər qeyd ediblər ki, valideynlərinin ayıq-sayıqlığı sayəsində uşağa vaxtında köməklik göstərmək mümkün olub. Şagird artıq evə qayıdıb və ailəsinə bir daha enerji içkiləri içməyəcəyinə söz verib. Həkimlər bildiriblər ki, uşaqların sinir sistemi hələ belə içkiləri içmək üçün kifayət qədər güclü deyil, ona görə də onların təsiri gözlənilməz ola bilər.