Ən çox mükafat bu klublara veriləcək
Klublararası dünya çempionatının qalibi 125 milyon dollar qazanacaq.
Bu barədə jurnalist Ben Ceykobs məlumat verib.
2025-ci il dünya çempionatının ümumi mükafat fondu 525 milyon dollar təşkil edəcək.
İştirakçı klublara zəmanətli ödənişlər reytinq və gəlirdən asılı olaraq 12,81 milyon dollardan 38,19 milyon dollara qədər dəyişir. Ən böyük məbləğ isə Avropa təmsilçilərinə – “Çelsi”, “Mançester Siti”, “Real” və “Bavariya”ya veriləcək.
CONMEBOL klublarının hər biri iştirak üçün təxminən 15,21 milyon dollar, CONCACAF, CAF və Asiya Konfederasiyasından olan iştirakçıların hər biri 9,55 milyon dollar, Okeaniya komandalarının hər biri 3,58 milyon dollar alacaq.
İştirakçıların nailiyyətlərinə görə turnirin mükafat fondu 475 milyon dollar təşkil edəcək. Bu məbləğə hər matçda qələbəyə görə bonuslar daxildir – onlar bütün 32 klub üçün eyni olacaq.
Klublararası dünya çempionatı iyunun 14-dən iyulun 13-dək ABŞ-da keçiriləcək.