Əmək Müfəttişliyindən cərimə – Aynur Camalqızı məhkəməyə verilir!

Baxılıb:299
Əmək Müfəttişliyindən cərimə – Aynur Camalqızı məhkəməyə verilir!

AzTimes.az- ın əldə etdiyi məlumata görə Əmək Müfəttişliyi Aynur Camalqızını Əmək Məcəlləsinin 62-ci maddəsinin, 2-ci hissəsinin a bəndi və 108-ci maddə ilə cərimələyib. Buna səbəb Camalqızının Dəryanur Cəfərovanı Teleqraf agentliyinin Türkiyə müxbiri kimi işə götürməsi , bir müddət sonra isə anidən əməkdaşlığı dayandırması olub. Məsələ ilə bağlı Dəryanur Cəfərova AzTimes.az-a danışıb.-Mən, Teleqraf Agentliyinin Türkiyə üzrə müxbiri kimi çalışmaq məqsədilə 2024-cü il 12 dekabr tarixində əmək müqaviləsi imzalamışam. İş razılaşmamıza əsasən, xüsusi günlərdə və xüsusi mövzular üzrə xəbərlər hazırlayıb agentliyə təqdim etməli idim. Bu əmək müqabilində mənə aylıq 1000 manat əməkhaqqı ödəniləcəyi və gələcəkdə maaş artımı olacağı vəd edilmişdi.Lakin 2025-ci il fevral ayının sonunda mənə əməkdaşlığın dayandırıldığı bildirildi. Bu barədə məlumatı gecə saat 22:00 radələrində agentliyin direktoru İmdad Əlizadə şəxsən verdi.

Əməkdaşlığın dayandırılmasına səbəb kimi xəbər sayının az olması göstərildi. Maaş məsələsinə gəldikdə isə, mənə heç bir ödəniş edilməyəcəyi bildirildi.Bir ay ərzində etdiyim müraciətlər, zənglər və yazışmalardan sonra agentliyin rəhbəri Aynur Camalqızı mənə “hara istəyirsən, şikayət et” cavabını verdi.Bu məsələ ilə bağlı etdiyim şikayət əsasında Əmək Müfəttişliyi tərəfindən protokol tərtib olunub və agentlik Əmək Məcəlləsinin iki maddəsi üzrə cərimələnib. Lakin Müfəttişliyin araşdırması əhatəli olmayıb. Çünki Aynur Camalqızı tələb olunan sənədləri təqdim etməkdən imtina edib. Ancaq, müraciətim əsasında maaş kartının olmaması, əmək müqaviləsində maaş məbləğinin az göstərilməsi, öz ərizəm olmadan qanunsuz işimə xitam verilməsi, vergidən yayınma halları ilə bağlı məsələ məhkəmə qaydasında araşdırılacaq. Əldə olan səs yazıları, yazışmalar və Əmək Müfəttişliyi qərarı vəkilim vasitəsilə məhkəməyə təqdim ediləcək.

AzTimes.az


Abunəlik