Elxan Allahverdiyev – İlqar Süleymanov prezidentə qarşı: Binəqədidə nələr olur?
Elxan Allahverdiyevin paytaxtın Binəqədi rayonuna icra başçısı təyin olunmasından xeyli vaxt keçsə də, heç bir dəyişiklik olmayıb.
Xeberfakt.az-ın verdiyi xəbərə görə, E.Allahverdiyevin gəlişindən sonra Binəqədidə inkişaf getməyib. Çünki icra başçısı əlini ağdan qaraya vurmayıb.
İki ildən çoxdur ki, E.Allahverdiyev Bakının böyük bir rayonuna rəhbərlik edir. Amma ona göstərilən etimadı doğrultmur.
Səbəb köhnə qaydaların, keçmiş korrupsioner qvardiyanın (Ramiz Mehdiyev-Ziya Məmmədov-Fazil Məmmədov və s.) təməlini qoyduğu rüşvət sisteminin çiçəklənməsidir.
E.Allahverdiyev Binəqədiyə təyin olunmuşdu ki, etimadı doğrultsun. Amma Xaləddin İsgəndərovdan sonra heç nə dəyişməyib.
Yenə də icra başçısının I müavini İlqar Süleymanov burada “sağ əl” sayılır. E.Allahverdiyevin onun “təcrübəsi”ndən istifadə etməklə, özünü çox da irəli verməməyə çalışır.
İ.Süleymanov, həm də rayon ərazisindəki ən gözəgəlimli torpaq sahələrinin mənimsənilməsi və satışı işinə baxan şəxs kimi ad çıxarıb. Həmçinin, Binəqədidə ev tikintisi biznesi onun nəzarətindədir.
İ.Süleymanov əsasən Binəqədi və Xocasən bələdiyyələrinin əsas himayədarı kimi tanınır. İcra başçısının müavini vəzifəsində təmsil olunduğu gündən bu günə qədər sözün həqiqi mənasında sözügedən bələdiyyələrə atalıq qayğısı göstərən İ.Süleymanov, zaman-zaman onların fəaliyyətinə də yön verir, bu fəaliyyəti mütəmadi şəkildə redaktə və korrektələr həyata keçirir. Şübhəsiz, İ.Süleymanovun “torpaq işi”nə baxan bələdiyyələrə bu qədər yaxınlığı onun torpağa olan “sevgisindən” irəli gəlir.
E.Allahverdiyevin başçı təyin olunduqdan sonra kadr islahatları aparsa da, İ.Süleymanovla işləməyə davam etməsi məhz işbirliyinin, maraqların üst-üstə düşməsi ilə izah edilir.
Qeyd edək ki, E.Allahverdiyev özünə babat biznes imkanları qurub. Daha doğrusu, oğlu Orxan Allahverdiyev üç şirkətin təsisçisidir.
Ölkədə orta sahibkar özünə bir dükan aça bilmir, başçının fərasətli oğlu isə 3 şirkətin başındadır.
Bu barədə jurnalist Cavanşir Həsənli yazıb ki, O.Allahverdiyevin həmtəsisçisi olduğu “İNVEST-2011” MMC 2011-ci ilin dekabrında qeydiyyatdan keçib.
O, 2008-ci iliin sentyabrındaqeydiyyatdan Fətəlixan Xoyski pr, ev 113, m. 48 ünvanında hüquqi qeydiyyatda olan “O.Ş-İNŞAAT” MMC-nin də təsisçisidir.
Ötən il şirkətin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati tənbeh edilməsi barədə Nərimanov Rayon Məhkəməsi qərar (3(005)-85/19 saylı) çıxarmışdı.
Binəqədi şefinin övladının sahibi olduğu 3-cü şirkət isə “AMİRAS” MMC-dir. 2007-ci ilin martında qeydiyyata alınıb, Həsənbəy Zərdabi pr. ev 84, mənzil 111-də hüquqi qeydiyyatdadır.
İbrahim Muradlı