Elsevər Ağayevin mülklərinin SİYAHISI ACIQLANDI
Jurnalist Samir Feyruzov işdən çıxarılan nazir müavininin sərvəti haqqında şəxsi “Facebook” səhifəsində status yazıb :
“Ötən gün Səhiyyə nazirinin müavini vəzifəsindən çıxarılan Elsəvər Ağayevin Azərbaycanda 34 mənzili, 5 villası, onlarla ticarət obyekti, xaricdə evləri, şirkətləri var. Ailə üzvləri ölkənin milyonlarını sağına-soluna dağıdıb.
57 yaşlı Elsəvər Ağayev 1999-cu ildən – düz 23 il Səhiyyə nazirinin l müavini vəzifəsində çalışıb. O, bu vəzifəyə təyin olunanda cəmi 35 yaşı var idi. Adam rəsmən kresloda qocaldı.
Vəzifədən azad olunan Elsəvər Ağayev belə bir açıqlama verib:
“Kefim əladır. Bir az işlərim var. Vəzifəmdən azad olunmağımla bağlı hansısa şərh vermək istəmirəm. Sonra danışarıq”.
Azərbaycan səhiyyəsində korrupsiya piramidasının əsas memarlarından biri bu adamdır. Adam “Xərçəng mafiyası”nın başçısı olub və insanların ölümü üzərində özünə səltənət qurub.
Səhiyyə müəssisələrində işləyən vəzifəli şəxslər bilir ki, nazirliyi həmişə bu adam idarə edib, xəstəxanalardan yığılan aylıq pullar məhz bu adamın otağına daşınıb. İndi də “kefim əladır” deyir. Həbsxanaya göndərilməli olan E.Ağayev niyə belə əminliklə danışmalıdır!? Belə nümayişkəranə və yekəbaş açıqlama ilə demək istədiyi bəllidir, xalqa da, dövlətə də dirsək göstərir…”
Samir Feyruzov /AzTimes.az/