“Elşad Musayev mandatına hörmət etməyən deputatlardan biridir”- Orxan Saffari
Parlamentdə etika-estetika bilməyən, jurnalistlə davranış qaydalarından məlumatsız, mandatına hörmət etməyən deputarlardan biri də Elşad Musayevdir.
Yadınızdadırsa, hələ bir müddət əvvəl tapşırıqla Prezidentliyə də namizədliyini verib, özünü xeyli biabır etmişdi.
O da yaxşı xatirimdədir, hələ deputatların seçki kampaniyası gedəndə Elşad Musayevlə müsahibə etmək üçün vədələşmişdik.
Təklifə həmən razılaşan Partiya rəhbəri, deputat daha sonra özü də zəng elədi və müsahibə vermək istədiyini dedi.
Niyə? Çünki bu, onun üçün pulsuz piar olacaqdı, təbliğatına dəstək kimi görünəcəkdi.
Fəqətə zəlzələ və vəlvələdən baş qarışdı, müsahibə edə bilmədim. (İş yerim dəyişdi).
Nəhayət, razılaşmış xidmətinə görə başını qatmağı üçün bir çağırış mandat verilən(seçilən yox, verilən)bu adam yüksək əxlaqsızlıq, son dərəcə mədəniyyətsizlik göstərərək, təbrikə və müsahibə təklifimə cavab olaraq məni blok etdi.
Mən bilmirəm, bu saxtakar nədən qorxdu, nədən çəkindi, amma tərbiyəsiz olduğu dəqiqdir.
Ola bilər, hansısa səbəblərə görə müsahibə vermək istəməyə də bilərsən, amma bunu normal adam balası deputat kimi bildirmək olmazmı?
Yoxsa, həmkarlarından artıqsan? Ya elə bilirdin, əvvəlcədən razılaşdığın jurnalistlər kimi özünü tərifləməyə şərait yaradacaq suallar verəcəm?
Onu ancaq Milli Məclisdə yuxulayaraq elə yuxunda da görə bilərsən.
Musayev, bil və agah ol:
Sən və sənin timsalında olan deputatlar mediaya açıq olmalı, verilən sualları cavablandırmalısınız. Bu, sizlərin vəzifə borcudur, mənim yox.