Elmar Vəliyevin adamları Hacıkəndin ərazilərini satır? – İTTİHAM

Baxılıb:242
Elmar Vəliyevin adamları Hacıkəndin ərazilərini satır? – İTTİHAM

Gəncə Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Elmar Vəliyevin adamları Gəncənin Hacıkənd qəsəbəsində olan bəzi torpaq sahələrini satışa çıxarıb. Belə bir iddianı Cavad Xan Tarix Mədəniyyət Qoruğunun 1-ci vitse-prezidenti Müzadil Həsənov öz Facebook səhifəsində paylaşıb.

Bundan əlavə Müzadil Həsənov KONKRET.az-a açıqlamasında bildirib ki, sabiq icra başçısı Hacıkənd qəsəbəsində olan bəzi əraziləri qeyri-qanuni yollarla müxtəlif adamların adına özəlləşdirib.

“Elmar Vəliyev vaxtı ilə Gəncədə “geniş miqyaslı abadlıq, quruculuq işləri” adı altında Gəncənin ən məşhur tarixi yay istirahət məkanı olan Hacıkəndi bütün tarixi binaları ilə birlikdə ekskavatorla dağıtdırdı. Sonra da bu yerləri qudası Kərəm Həsənova verdi. İndi isə illərdir viran qalmış bi əraziləri həyasızcasına satışa çıxarıblar. Düşünürəm ki, Gəncə Şəhər İcra Hakimiyyəti ölkə rəhbərliyi qarşısında bu məsələni qaldırmalı və hüquq-mühafizə orqanları tərəfindən bu qanunsuzluqlar tam araşdırılmalı, bu cinayət əməllərə hüquqi qiymət verilməlidir.” – deyə Müzadil Həsənov vurğulayıb.
Elmar Vəliyevin adamları Hacıkəndin ərazilərini satır? - İTTİHAMElmar Vəliyevin adamları Hacıkəndin ərazilərini satır? - İTTİHAMElmar Vəliyevin adamları Hacıkəndin ərazilərini satır? - İTTİHAM


Abunəlik