Elman Nəsirov qazini dəlixanaya saldırmaq istəyir?-İDDİA
Bir neçə gün öncə, Cəlilabad rayonunun Təzəkənd kəndinin sakini,2 ci Vətən müharibəsində şücaət göstərən qazi Abbasov Fərid Qədir oğlunun “Bumerang Medianın” efirindən prezident İlham Əliyevə müraciətini yayımlanıb.
Məsələ ondadır ki, qazi müraciətində “əlçatmaz” bir şey istəməyib. Sadəcə olaraq, hərbi hospitalda müalicə olunmaq istədiyini, beynində gəzdirdiyi mərmilərin ağrısından xilas olmaq istədiyini dilə gətirib.
Qazi problemini dilə gətirərkən deputatlar Elman Nəsirov,Məlahət İbrahimqızı və ən əsası Malik Həsənovdan gileylənib.İddialara görə material efirə gedəndən dərhal sonra deputat Elman Nəsirov “hərəkətə keçmiş”, guya onun problemi ilə maraqlanır deyə bir görüntü yaratmış və qazinin müalicə olunması əvəzinə, onu susdurmağa çalışıb. Belə ki, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında qaziyə dırnaqarası “dəli” diaqnozu qoyaraq, onu dəlixanaya yerləşdirmək və beləliklə də, onun tam olaraq, “səsini kəsməyə” çalışırlar.
AİLƏSİ ümüd edir ki,məsəlınin ictimailəşdirilməsi nəticəsində qazini bu təhlükədən xilas etmək mümkün olacaq.Təbii ki,siz dəyərli oxucularımızın dəstəyi ilə.
Bu arada qazinin mobil nömrəsini sizlərə təqdim edirik. Vicdanlı insanlar ona zəng vurmaqla, onun psixi probleminin olmadığının şahidi ola bilərlər+994 51 401 49 19 Fərid
Qarşı tərəfin mövqeyini ictimailəşdirməyə hazırıq.
AzTimes.az