Elman Nəsirov od püskürdü:”Mənim barəmdə yazılanlar…”
Deputat: “Mənim barədə yazılanlar tamam böhtan xarakterlidir”
Azərbaycan Milli Məclisinin deputatı Elman Nəsirov barəsində yayılan məlumatlara münasibət bildirib.
AzTimes.az xəbər verir ki, Elman Nəsirov Kanal4.az-a, açıqlamasında deyib ki, həmin məlumatlar həqiqəti əks etdirmir, sadəcə bəzi şəxslər ona böhtan atır.
Əziz dostlar, son günlər sosial şəbəkənin qaragüruhçu seqmenti tərəfindən guya ki, unun qiymətinin qalxmasını təqdir etməyimlə bağlı böhtan xarakterli məlumat yayıllb. Belə iftiralara inanmayın. Belə böhtanlar anti Azərbaycan dairələr tərəfindən təşkil olunur və antimilli ünsürlər tərəfindən dəstəklənir. Gördüyünüz kimi, yalan məlumat heç bir mənbəyə söykənmir. Ortada heç bir audio və video təsdıqləyicl fakt yoxdur. Heç bir sayta da müsahibə verməmişəm. Əks halda həmin saytın linkinə istinad edərdilər. Belə qaragüruhu qınayın, qoy onlar yalquzaq həyatı yaşasınlar. Allah belələrinin cəzasın versin. Mən bu halda məhkəməyə müraciət edib, şər-bphtan faktı üzrə onların həbsinə nail olsam, belə məxluqlardan süni “siyası məhbus” obrazı yaradacaqlar. Ayıq olun, əziz dostlar.
Milli Məclisin Deputatı Elman Nəsirov .