Elman Nəsirov :”Məhkəməyə versəm tutacaqlar, olacaq …”

Baxılıb:188
Elman Nəsirov :”Məhkəməyə versəm tutacaqlar, olacaq …”

Son zamanlar sosial şəbəkələrdə ictimai xadimlərin,millət vəkillərinin , göz önündə olan şəxslərin ifadələri həkk olunmuş fotolar ictimaiyyətə təqdim edilir. Bu isə sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmır.
Belə mövzularda ən çox adı hallanansa Azərbaycan Respublikası prezidenti yanında Dövlət idarəçilik akademiyasının siyasi araşdırmalar institutunun direktoru Elman Nəsirovdur.
AzTimes.az saytına danışan Elman Nəsirov bildirib ki, yazılan fikir ona məxsus deyil.” Mən o ifadəni necə işlədə bilərəm?Mənim bu mövzuda mövqeyimi bilmək istəyən şəxslər minə yaxın müsahibəmi izləsin. Mən Qarabağ mövzusunda doqquz kitabın müəllifiyəm. Sizcə belə bir ifadə işlədə bilərəmmi? Belə fikirlər yayaraq əhalidə çaşqınlıq yaradan şəxslər işsiz,bekar insanlardır. İndi mən məhkəməyə versəm,onu tutacaqlar. O da deyəcək ki,siyasi məhbusam. Belə şeylərə əhəmiyyət vermək lazım deyil”
Pərvin Abışova /AzTimes.az/


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir