Eldar Həsənovun müsadirə olunmuş mülkləri - SİYAHI

Baxılıb:199
Eldar Həsənovun müsadirə olunmuş mülkləri - SİYAHI

● Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsində yerləşən 252 kvadrat metr sahəsi olan bağ evi.

● Bakı şəhəri Nəsimi rayonunda yerləşən 318,4 kvadrat metr sahəsi olan mənzil.

● Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsində yerləşən 0.12 hektar torpaq sahəsi.

● Bakı şəhəri Yasamal rayonunda yerləşən 106 kvadrat metr sahəsi olan mənzil.

● Abşeron rayonu Novxanı kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 5 hektar torpaq sahəsi.

● Bakı şəhəri Xətai rayonunda yerləşən 347 kvadrat metr sahəsi olan fərdi yaşayış evi və torpaq sahəsi.

● Monteneqronun Budva şəhərində yerləşən 137 kvadrat metr sahəli mənzil.

Bundan başqa, qərara görə, keçmiş səfir iş üzrə zərərçəkmiş qismində tanınan Xarici İşlər Nazirliyinə dəymiş ziyana görə 18,5 milyon AZN ödəyəcək.

Cinayət işi üzrə aparılmış ekspertiza xərcləri də təqsirləndirilən şəxsdən tutularaq dövlət büdcəsinə ödəniləcək.


Abunəlik