Elçin Quliyev Əfqan Nağıyevlə bağlı DANIŞMAQ İSTƏMƏDİ – “…o sizə daha ətraflı danışar”

Baxılıb:653
Elçin Quliyev Əfqan Nağıyevlə bağlı DANIŞMAQ İSTƏMƏDİ – “…o sizə daha ətraflı danışar”

Bir müddət əvvəl vəzifə cinayətləri törətməkdə şübhəli bilinərək həbs edilən və sonradan azadlığa buraxılan DSX-nın rəis müavini general-leytenant Əfqan Nağıyevin ikinci Qarabağ savaşına qatılması və mükafatlandırılması təəccübə səbəb olub.

Onun mükafatlandırılmasından sonra yayılan məlumatda Əfqan Nağıyevin bəraət aldığı və yenidən işinə qayıtdığı deyilir. Ancaq Azərbaycanın məhkəmə təcrübəsində bu kimi olaylar hətta bəraətlə nəticələnsə belə bunu üçün uzun müddət tələb olunur.

Qeyd edək ki, Əfqan Nağıyev istintaq altında idi və onun barəsindəki həbs qətimkan tədbiri ev dustaqlığı qərarı ilə əvəz olunmuşdu. Bu isə o deməkdir ki, Əfqan Muxtarov hələ istintaq olunurdu, qarşıda məhkəmə prosesləri keçirilməli idi. Koronavirus pandemiyası ilə əlaqədər olaraq isə məhkəmələr uzun müddət fəaliyyətsiz qalıb.

Gununsesi.info-nun araşdırması zamanı o da bəlli olub ki, həbsdəki DSX əməkdaşlarının məhkəməsi davam edir. Bəs görəsən, Əfqan Nağıyev ildırım surəti ilə bəraəti necə aldı?

Gununsesi.info bu sualla DSX rəisi general-polkovnik Elçin Quliyevin özünə müraciət edib. Əməkdaşımızla söhbətində Elçin Quliyev bildirib ki, Əfqan Nağıyevlə bağlı rəisi olduğu Xidmətin aparat rəhbərinə müraciət edək. “Əfqan müəllimlə bağlı bizim aparat rəhbərindən soruşun, o sizə daha ətraflı danışar” deyən Elçin Quliyev telefonun dəstəyini asıb.


Abunəlik