Elçin Əlibəyli televiziyadan getdi

Baxılıb:116
Elçin Əlibəyli televiziyadan getdi

 

Teleaparıcı Elçin Əlibəyli televiziyadan getdiyini açıqlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə o, “Space” TV-də  yayımlanan “El bizim, sirr bizim” proqramında məlumat verib.

Teleaparıcı axırıncı dəfə proqram apardığını və birdəfəlik televiziyadan getdiyini açıqlayıb:

“Sizlərə son sözümü söyləyirəm. Bu, mənim sizinlə sonuncu görüşümdür. Öz sənətimə, peşəmə dəyər verdiyim üçün televiziyadan gedirəm. Sizinlə, televiziya ilə vidalaşıram”.

Qeyd edək ki, bir müddət öncə teleaparıcının səhhətində ciddi problem yarandığı üçün mətbuatdan getməsi ilə bağlı məlumat yayılmışdı.

AzTimes.az


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir