“Elə söhbət hələki yoxdur” – İşdən çıxarıldığı deyilən polis rəisi

Baxılıb:288
“Elə söhbət hələki yoxdur” – İşdən çıxarıldığı deyilən polis rəisi

Bərdə Rayon Polis şöbəsinin rəisi, polis polkovniki Muradəli Babayev vəzifəsindən azad edilib.

Bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Hələlik onun yerinə təyinat yoxdur.

(Unikal)

İşdən çıxarılması ilə bağlı açıqlama verən Bərdə Rayon Polis şöbəsinin rəisi, polis polkovniki Muradəli Babayev məlumatın doğru olmadığını bildirib. “

“Geniş danışmayacam. Elə söhbət hələki yoxdur.”

Manset.az


Abunəlik