Ekspertizanın nəticələri bəlli oldu: “Crocus City Hall”da terror aktı törədənlər…
Məhkəmə-psixiatrik ekspertizanın nəticələrinə görə, “Crocus City Hall” konsert zalında terror aktını təşkil etməkdə təqsirləndirilən şəxslərin hamısının ağlı başında olduğu müəyyən edilib.
Bu barədə “RİA Novosti”yə şübhəlilərdən birinin vəkili Oleq Vlasov məlumat verib.
Ekspertiza təqsirləndirilən şəxslərin fiziki sağlamlıq probleminin olmadığını da təsdiqləyib. Bu o deməkdir ki, onlar öz əməllərindən tam xəbərdar olublar və qanuna uyğun olaraq məsuliyyətə cəlb olunacaqlar.