Ekspert Təhsil Nazirinə müraciət etdi-“Təmənnasız əməkdaşlığa hazıram!”

Baxılıb:280
Ekspert Təhsil Nazirinə müraciət etdi-“Təmənnasız əməkdaşlığa hazıram!”

Təhsil Naziri Emin Əmrullayevə.

Narkomaniyanın ged gedə gəncləşməsi hətta yeniyetmələşməsinin qarşısını qismən də olsa almaq üçün, məktəb psixoloqlarının işinə hər tərəfli ciddi yanaşmanızı, Narkomaniya üzrə ekspert kimi bir daha xahiş edirəm.
Hər şey tək ailədən yox, məktəbdən də başlayır.

Bəli, varlıların uşaqları daha səviyyəli məktəblərdə, daha səviyyəli psixoloq və müəllimlər tərəfindən təhlükəsizlikdədir.
Amma, apardığım araşdırmalar göstərir ki, gördüyüm “adi” məktəblərin təxminən 70% də Psixoloqları nəinki psixoloq yerinə, heç insan yerinə qoyan yoxdur.
1000-2000 şagirdə 1 psixoloq və 150-300 azn maaşla heç kəs nə maadi nə də fiziki işini görə və çatdıra bilməz.

Təmənnasız əməkdaşlığa hazıram.


Abunəlik