Ekspert İranın hücumunun əsl səbəbini açıqladı

Baxılıb:119
Ekspert İranın hücumunun əsl səbəbini açıqladı

Gələcəkdə Yaxın Şərqdə gərginliyin artacağını gözləməməliyik”.

Bunu açıqlamasında Rusiya Strateji Araşdırmalar İnstitutunun Yaxın və Orta Şərq Mərkəzinin rəhbəri Vladimir Fitin deyib.

O bildirib ki, münaqişənin iştirakçılarından heç biri regionda gözlənilməz nəticələrə səbəb olacaq böyük müharibədə maraqlı deyil.

“İran Suriyadakı konsulluğuna hücumu cavabsız qoya bilməzdi, nə isə etməli idi. Əks halda həm əhalisinin, həm də bütün müsəlman ümmətinin qarşısında tamamilə iradəsiz görünərdi. Yəni İran simasını xilas etmək üçün İsrailə hücum etdi”, – deyə ekspert bildirib.

Onun sözlərinə görə, həyata keçirilən hücum İranın hazırkı vəziyyətdə edə biləcəyi maksimum addımdır və bununla da kifayətlənəcək.


Abunəlik