Ehtiyatda olan baş leytenant ictimaiyyətə müraciət etdi
Mən ehtiyatda olan baş leytenant Hüseynov Nicat Bəylər oğlu cəbhənin Ağdam istiqamətində xidməti vəzifələrinin yerinə yetirərkən ağır yaralanaraq bir ayağımı itirmişəm.Nəticədə birinci qrup əlil olaraq Ordu sıralarından təxris olunmuşam.
Mən vətəndaş cəmiyyətinin nümayəndələrinə muraciat edirəm.
Müəllimlər,həkimlər, vəkillər kollegiyasının üzvləri, Hüquq mühafizə orqanlarının əməkdaşları, Azərbaycan Ordusunun sıralarında xidmət edən vəzifəli şəxslər,böyük ,orta,kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan iş adamları və iş xanımları, Azərbaycan Milli Mətbuatimizin peşakar jurnalistlərinə mutaciat edirəm.
Azərbaycan Respublikasının Əlil vətəndaşına sosial,iqtisadi dəstək göstərmək və ayrı ayrı peşakar kadrların bilik və bacarıqlarının əlil vətəndaş kimi cəmiyyətə inteqrasiyamız üçün bizə dəstək olmanızı xahiş edirəm.
Bir Əlilin Arzularının həyata keçirilməsi üçün xüsusi imkanlar yaradlmasını təmin edin.
Arzuların ən müqəddəsi Qarabağ torpağında Üç rəngli bayrağımız Yüksəklərdə Dalglanması yolunda biz sağlamlığımızdan keçmişik. Buna görə əsla pşman deyiləm. Mən istəyirəm ki, bu xalqın güzgüsü sayılan media nümayəndələri, millətin vəkilləri ilə birlikdə təmas xəttinə səfər edək. Ordumuzda zatən ruh yüksəkliyi var. Qoy əsgərlərimiz görsün ki, biz əlil olmamıza baxmayaraq daim onların yanındayıq.Gənclərlə, tələbə və şagirdlərlə görüşümüz təmin olunsun ki, gələcək nəsillərdə vətənpərvərlik ruhusağlam şəkildə inkişaf etsin. Biz Sağlamlığımızı itirsək də bütün varlığımızla bu Vətənin əsgəriyik.
Hörmətlə: Nicat Bəylər oğlu Hüseynov /AzTims.az/