Ehsan Zahidov təyziqə məruz qalan jurnalistləri qəbul edib
AzTimes.az xəbər verir ki, jurnalistlər Daxili İşlər Nazirliyində bu qurumun mətbuat xidmətinin rəhbəri Ehsan Zahidovla görüşüb. Nazirlər Kabineti yanında yaradılmış operativ qərargahın qəbul etdiyi qərara əsasən dövlət qurumlarında qəbulun dayandırılmasında baxmayaraq Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri jest edərək jurnalistləri qəbul edib. Onlar Zahidova bu gün, martın 18-də Türkiyənin Azərbaycan Respublikasındakı səfirliyi önündə iş adamı Mübariz Mənsimovun həbs qərarına etiraz aksiyasını işıqlandırarkən polis tərəfindən təzyiqə və zorakılığa məruz qaldıqlarını bildiriblər.
Bu barədə Turan-a məlumat verən görüşün iştirakçısı jurnalist Nurlan Qəhrəmanovun sözlərinə görə, Zahidov onlara hadisə yerində polisin fəaliyyətinə maneçilik törətdikləri deyib: “O, bizə bildirdi ki, biz polisin fəaliyyətinə mane olmuşuq. Biz isə polis tərəfindən vəhşicəsinə döyüldüyümüzü dedik. O, bunu qəbul etmədi və biz əlimizdə olan videokadrları ona təqdim etdik. Ehsan Zahidov məsələni nə təkzib edərək, nə də təsdiqləyərək, araşdıma aparılacağını dedi”.
Nəzərinizə çatdıraq ki, Nurlan Qəhrəmanlının və “Talk Tv ” əməkdaşı Təbriz Mirzəyevin təyziqə məruz qaldığı videogörüntülər sosial şəbəkələrdə və internet kanallarında yayımlanıb.
AzTimes.az