Əcnəbilər bu il ölkəmizdə nə qədər pul xərcləyib?
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda əcnəbilər bank kartları ilə 2.1 milyard manat əməliyyatlar aparıblar.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) təqdim etdiyi “İxrac İcmalı”nda bildirilib.
“2024-cü ilin yanvar-oktyabr aylarında banklara məxsus ödəniş xidməti şəbəkəsində digər qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları ilə 2.1 milyard manat, yalnız oktyabr ayında isə 252.7 milyon manat dəyərində əməliyyat aparılıb”, – məlumatda qeyd olunub.
Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstəricinin həcmi 23.4% çoxdur.