DYP sürücü və piyadalara müraciət etdi müraciət etdi

Baxılıb:173
DYP sürücü və piyadalara müraciət etdi müraciət etdi

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücü və piyadalara müraciət edib.

BDYPİ-nin rəsmisi Mübariz Ağayev  Manset.az-a bildirib ki, piyadaların yol hərəkəti qaydalarına riayət etməməsi növbəti dəfə faciə ilə nəticələnib.

Belə ki, avqustun 26-sı saat 23:00 radələrində Bakı şəhər sakini Faiq Quliyev idarə etdiyi “Toyota Prius” markalı 77-PJ-712 dövlət qeydiyyat nişanlı avtomobillə paytaxtın Səbail rayonunda hərəkətdə olarkən yolu keçən üç nəfər piyadanı vurub.

Nəticədə Türkiyə vətəndaşı, 1978-ci il təvəllüdlü Yusif Türksoy hadisə yerində həyatını itirib, digər piyadalar – 1987-ci il təvəllüdlü Əhmədova Xəyalə Fərman qızı və 1988-ci il təvəllüdlü İsmayılova Gülnar Muxtar qızı isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

“Təəssüf ki, qeyd olunan yol-nəqliyyat hadisəsinin baş vermə səbəblərindən biri də, yuxarıda adları qeyd olunan şəxslərin ərazidə yeraltı piyada keçidinin olmasına baxmayaraq, avtomobillərin intensiv və yüksək sürətlə hərəkət etdiyi yolu piyadalar üçün nəzərdən tutulmayan yerdən keçməyə cəhd göstərmələri olub.

Baş Dövlət Yol Polisi İdarəsi əhaliyə müraciət edərək onları sözügedən yol qəzasının baş vermə səbəblərindən düzgün nəticə çıxarmağa, yol hərəkəti qaydalarına istisnasız əməl etməyə, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına biganə qalmamağa çağırır”, – DYP rəsmisi vurğulayıb.


Abunəlik