DYP Saatlıda reyd keçirdi

Baxılıb:173
DYP Saatlıda reyd keçirdi

Saatlıda yol polisi avtobuslarda maska taxmayan şəxslərə qarşı profilaktik tədbir keçirib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan AzTimes.az-a verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı ictimai nəqliyyatdan istifadə edən sərnişinlərlə izahedici söhbətlər aparılıb. Sürücü və sərnişinlərin diqqətinə çatdırılıb ki,  ictimai nəqliyyatdan istifadə edən hər bir vətəndaş özünün və ətrafında olan şəxslərin sağlamlığı üçün mütləq qaydada tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, yəni maskalardan istifadə etməlidir. Avtobus sürücüləri isə maskadan istifadə etməyən sərnişinləri nəqliyyat vasitəsinə əyləşməyə icazə verməməli, öz iradını bildirməkdən çəkinməməlidir. Çünki pandemiyanın yayılmasının qarşısının alınması ən vacib qabaqlayıcı tədbirlərdən biri qapalı məkanlarda və ictimai nəqliyyatda tibbi maskalardan istifadə edilməsidir. Profilaktik tədbir zamanı ictimai nəqliyyat vasitələrində maskadan istifadə etməyən sərnişinlər və sürücülər də aşkarlanıb. Onlarla izahedici söhbətlər aparılıb və təyin olunmuş qaydalara ciddi riayət etmələri tapşırılıb


Abunəlik