DYP-dən REYD: Taksi sürücüləri cərimələndi – FOTO

Baxılıb:152
DYP-dən REYD: Taksi sürücüləri cərimələndi – FOTO

Qax Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində karantin rejimi qaydalarına əməl olunmasına nəzarəti gücləndirmək məqsədilə reyd keçiriblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən nəzarət-profilaktiki tədbirlər zamanı qapalı məkanlarda tibbi maskadan istifadə etməyən, özləri ilə yanaşı digərlərinin də sağlamlığına məsuliyyətsiz yanaşan satıcı və alıcılar müəyyənləşdirilib. Mövcud qaydalara riayət etməyin vacibliyi onların diqqətinə çatdırılıb, qanunun tələbləri bir daha izah edilib. Edilən xəbərdarlıqlara məhəl qoymayan həmin şəxslər barəsində inzibati tənbeh tədbirləri görülüb.

Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən isə ictimai nəqliyyatda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən sərnişin və sürücülər aşkarlanıb, onlarla izahedici söhbətlər aparılıb. Həmçinin, COVID-19 pasportu olmadan sərnişindaşıma fəaliyyəti ilə məşğul olan, taksilərdə şəffaf arakəsmələr quraşdırmayan sürücülər saxlanılıb. Həmin şəxslərin barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib


Abunəlik