DYP ən böyük konstruksiya dəyişikliyinə necə göz yumur

Baxılıb:301
DYP ən böyük konstruksiya dəyişikliyinə necə göz yumur

DYP bəzi avtomobilləri saxlayaraq cərimə meydançasına aparır. Buna səbəb kimi duman əleyhinə lampalardan olan led işıqlara və ya ön faralarda lampa uyğunsuzluğu olduğu bildirilir. Başqa bir misal: Avtomobilin arxa hissəsinin aşağı ,ön hissəsinin bir qədər yuxarı olmasını, konstruksiya dəyişikliyi olmasını səbəb göstərərək avtomobillər cərimə olunur.Bəli mən razıyam. Bu yolverilməzdir. Amma qurum daha ciddi konstruksiya dəyişikliyini görməzdən gəlir. Həmin dəyişikliklər ölkəyə gətirilən minlərlə sükanı sağdan sola keçirilən avtomobillərdir. Belə avtomobillər başqa ölkə bazarları üçün nəzərdə tutulub “Perekitka avtomobillər ” yolun sol istiqamətində hərəkəti nəzərdə tutulan avtomobillərdir. Bu avtomobilllərdə dəyişikliklər:-Ön faraların düz istiqamətdə vurmaması-Güzgülərin sağ istiqamətə dayanması -Sükan mexanizminin etibarsız hissəyə kustar üsulla bərkidilməsi-Hava yastıqlarının sensorlarının işləməməsi -Naqillərin kəsilərək kustar üsulla sol istiqamətə dəyişdirilməsiAsqı sistemində bəzi hissələr köhnə avtomobillərin ehtiyat hissəsindən istifadə olunur Dönmə işıqları, şüşə silənləri idarə edən blokun tərs olması.Şüsəsilənlərin sağdan sola köçürülməsi …Siyahını artırmaq olar. Nəzərinizə çatdıraq ki, qəzalar zamanı əksər hallarda hava yastığının açılmaması ağır nəticələrə gətirib çıxarır. Belə avtomobillərdə baş verən qəza halları daha çox ölümlə nəticələnir. Naqillərin kəsilərək əks istiqamətdə kustar üsulla əks istiqamətdə dəyişdirilməsi avtomobillərin yanmasına səbəb olur. Gömrükdən heç bir maneə olmadan ölkəyə gətirilən bu avtomobillər başdan ayağa konstitusiya dəyişikliyindən ibarət olmasına və bütün bu proseslərin mənşəyi məlum olmayan, heç bir sertifikat və lisenziya təqdim edə bilməyən SEXlərdə həyata keçməsinə baxmayaraq DYP bunu görməzdən gəlir. Sizcə bu barədə düşünmək zamanı deyilmi?Mövzuya qayıdacağıq …

Pərvin Abışova/AzTimes.az/


Abunəlik