Duyğuları misralara ilmə-ilmə hörən Gilə Əliqızından gözəl şer

Baxılıb:256
Duyğuları misralara ilmə-ilmə hörən Gilə Əliqızından gözəl şer

Mənsiz gətirmisən il üstünə il,
Saçlarına düşən dən deyiləm mən.
Keçmişdim özümdən səndim bir zaman
Artıq mən olmuşam,sən deyiləm mən.

Gedib uzaq etdin özünü mənə,
Yamanlıq eylədin səni sevənə.
Bir vaxt duman idim uca zirvənə,
Daha dağlarında çən deyiləm mən.

Bu qədər il sonra geri gəlirsən,
Bir vaxt səni sevən məni gəzirsən.
Amma o qız daha yoxdur bilmirsən
Daha o əvvəl ki, mən deyiləm mən…


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir